Sionist İsrail hərbçiləri fələstinlilərə elektrik cərəyanı ilə işkəncə verir

Sionist İsrail hərbçiləri fələstinliləri həbs etdikdən sonra onlara elektrik cərəyanı ilə işkəncə verirlər.
Maide.az xəbər verir ki, bir sionist hərbçi bazar günü Yafa Hərbi Tribunalda keçən ay iki fələstinli şübhəliyə ayrı-ayrılıqda işkəncə verməkdə ittiham olunur.
Daha 4 əsgər də oxşar cinayətlər törətdikləri üçün cümə axşamı günü cinayət məsuliyyətinə cəlb olunublar.
Hərbi Tribunalın ittiham aktına əsasən, bir qrup İsrail hərçisi 7 oktyabrda Qərb Sahilinin Cenin şəhəri yaxınlığında bir fələstinlini yaxaladıqdan sonra onu gözləri və əlləri bağlı vəziyyətdə döyüblər. Daha sonra, hərbçilərdən biri boynuna elektrod birləşdirərək ona elektrik cərəyanı ilə işkəncə veriblər.
Ha-Artez qəzeti yazır ki, fələstinli kişi işkəncəni dayandırmaq üçün yalvarmağa başladıqda, İsrail əsgəri elektrik gərginliyini artırıb.  
İşğalçı İsrail hərbçilərinin fələstinlilərə qarşı törətdikləri daha bir zorakılıq aktında isə bir sionist əsgəri  yaralı fələstinli yeniyetməni güllələyərək qətlə yeririr.
Verilən məlumatlara əsasən, təkcə otyabr ayı ərzində ən azı 73 fələstinli İsrail əsgərləri tərəfindən şəhid edilib.
İşğal olunmuş Fələstin torpaqlarında qanlı toqquşmalar 1 oktyabrdan İsrail rejiminin Məscid əl-Əqsaya giriş və hörmətsizliklə bağlı təxribatlarından sonra  başlayıb.
Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, həmin tarixdən etibarən sionist hərbçilərlə qarşıdurmalarda həlak olan fələstinlilərin sayı 73 nəfərə çatıb. 7200 nəfərdən çox fələstinli isə müxtəlif xəsarətlər alıb. Bu toqquşmalarda həmçinin 11 israilli öldürülüb, 130 nəfəri isə yaralanıb. /
 

Google+ WhatsApp ok.ru