Sionist hərbçilər Əqsa məscidinə dəstək aksiyasına hücum edib, bir neçə fələstinli yaralanıb

Sionist rejim hərbçiləri fələstinlilərin əl-Əqsa məscidinə dəstək məqsədi ilə keçirtdiyi aksiyaya hücum edib. 
Maide.az əl-Əqsa telekanalına istinadən məlumat verir ki, sionist hərbçilər İordan çayının qərb sahilinin mərkəzində Ramullahın şimalında keçirilən aksiyada fələstinlilərə atəş açıb, bir neçə gənc fələstinli yaralanıb. 
Məlumata görə, Sionistlər əl-Xəlil şəhərində əl-Əqsa məscidinə dəstək məqsədi ilə keçirilən aksiyanı yatırmaq üçün fələstinlilərlə toqquşublar. 
Nablosun qərbində Kəfər Quddum kəndində də iki nəfər, o cümlədən bir jurnalist sionistlərin atəşi nəticəsində yaralanıb.  Həmçinin çox sayda İsrail rejimi polisi ötən gecədən əl-Əqsa məscidinin ətrafında yerləşdirilib.
Sionist hərbçilər əl-Əqsa məscidinə bitişik küçələrdə təhlükəsizlik tədbirləri görərək sübh və cümə namazlarını qılmaq üçün məscidə gələn  40 yaşdan aşağı kişilərin məscidə girişinin qarşısını alıblar.  /
 

Google+ WhatsApp ok.ru