Sionistlər daha bir fələstinli gənci qətlə yetirdi

Fələstinin “əl-Yəum” Agentliyi məlumat verib ki, israilli mühacirlər cümə axşamı günü səhər əl-Xəlil şəhərində yerləşən əl-Əhli xəstəxanasına hücum edərək bir fələstinlini öldürüblər.
 
Maide.az-ın məlumatına görə, silanlanmış 21 sionist bir hamilə qadını müşayiət etdiklərini bəhanə edərək xəstəxanaya daxil olur və əmioğlusuna baş çəkməyə gələn 27 yaşlı fələstinli gənc Abdullah Ezam Şabanı qətlə yetiriblər.  
 
İsrailli mühacirlər səsboğucusu ilə təchiz edilmiş tapançadan Abdullah Ezamın başına və sinəsinə atəş açaraq, daha sonra Ezzət əl-Şəlalədeni qaçırıblar.
 
Qeyd edək ki, Abdullah Ezamın əmisi oğlu olan Ezam Ezzət əl-Şəlaləde 20 gün əvvəl əl-Xəlil şəhərinin şimalında yerləşən Səir kəndində İsrail hərbçiləri ilə qarşıdurmada yaralanmış və xəstaxanaya yerləşdirilmişdi.
 
Eyni zamanda, İsrail rejimi hərbçilərinin Qərb sahilində narazı fələstinlilərə hücumlarının davamı olaraq, dünən ən azı 141 fələstinli yaralanıb./
 

Google+ WhatsApp ok.ru