İsrail, Avropa Birliyinin markalama planına qəzəblənib

Sionistlərin məskunlaşdığı qəsəbələrdə istehsal olunan malların Avropa Birliyi tərəfindən markalanması haqda qərarının ardınca, İsrail bu Avropa qurumu ilə bir sıra görüşləri ləğv edib.
 
Maide.az xəbər verir ki, İsrail XİN-in yüksək vəzifəli şəxsləri Avropa ölkələrinin səfirlərini çağıraraq onlara bildiriblər ki, Tel-Avivin bu addımı işğal olunmuş Qərb sahilindəki qəsəbələrdə məskunlaşan sionistlər tərəfindən istehsal olunan malların üzərinə Avropa Birliyi tərəfindən markalanma haqda qərarına cavab olaraq atılıb.
 
İsrail rejiminin iki yüksək vəzifəli şəxsləri olan Alon Yuşpiz və Aviv Şeron çərşənbə günü Avropa Birliyinin işğal olunmuş ərazilərdəki səfiri Faburg Andersonla görüşündə bu qərarla bağlı öz narazılıqlarını bildirərək əlavə ediblər ki, İsrail bu Avropa qurumu ilə bir sıra mühüm görüşləri təxirə salıb və insan hüquqları ilə bağlı birgə toplantını da ləğv edəcək. Sözügedən görüşlərin növbəti günlərdə keçirilməsi planlaşdırılırdı.
 
Sionist rejimin Avropa Birliyindəki səfiri də qurumun Brüsseldəki qərargahında oxşar müraciətlə çıxış edərək, Tel-Avivin bu qərardan narazı qaldığını bildirərək, onu “Avropanın İsraillə münasibətlərdə ikili standartlar tətbiq etməsinin bir nüməsi” kimi dəyərləndirib.
 
Fələstin Muxtariyyatı Avropa Birliyinin qərarını təqdir edib
 
Fələstin Muxtariyyatının rəsmiləri Avropa Birliyinin bu qərarını yüksək qiymətləndirərək, bunu İsrailin törətdiyi cinayətləri pisləmək istiqamətində mühüm bir addım hesab ediblər.
Fələstin Muxtariyyatının danışıqlar qrupunun rəhbəri Saeb Əriqat işğal olunmuş ərazilərdə İsrailin vəhşiliklərini dayandırmaq üçün daha çox addımların atılmasının zəruriliyinə diqqət çəkib.
 
İşğal olunmuş ərazilərdə istehsal olunan malların markalanması
 
Avropa Birliyi işğal olunmuş ərazilərdə istehsal olunan İsrail mallarının markalanması qərarını müdafiə edib. 
Avropa Birliyinin rəsmisi çərşənbə günü bildirib ki, Avropa Komisiyası Brüsseldə keçirilən toplantıda “İsrail tərəfindən işğal olunan torpaqlarda istehsal olunan malların mənşəyinin müəyyən edilməsinə dair planı qəbul edib”/

Google+ WhatsApp ok.ru