İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar şiddətlənib

Sionist rejimin hərbçiləri işğal olunmuş Qüdsün şimalındakı Qələndiya düşərgəsinə hücum edərək fələstinliləri döyüş güllələrindən, gözyaşardıcı qazdan və səsli bombadan atəşə tutublar.
 
Maide.az xəbər verir ki, 11 noyabr çərşənbə günü baş verən bu hücum nəticəsində çoxsayda fələstinli, o cümlədən bir neçə uşaq yaralanıb.
 
Məlumata görə, bu bölgədə 11 fələstinli gənc döyüş güllələrindən atəş açılaraq yaralanıb.
 
Beyt Ləhm şəhərinin Təqəvvo raoyunda yerləşən orta məktəbə yaxın küçələrdə və Qərb sahilində- əl-Xəlil şəhərinin şimalında yerləşən Beyt Əmr məntəqəsinin girişində İsrail rejimi hərbçiləri ilə fələstinlilər arasında şiddətli toqquşmalar gedib.
 
Habelə, sionist miqrantlar İsrail hərbçilərinin dəstəyi ilə Məscid əl-Əqsanın ərazisinə daxil olublar.
 
əl-Xəlil şəhərinin şimalındakı əl-Ərub düşərgəsində çərşənbə günü axşam baş verən toqquşmalarda İsrail hərbçisi yaralanıb./

Google+ WhatsApp ok.ru