Sionist ravvin fələstinlilərin qətliam edilməsini istədi

Sionist ravvinlərdən Şemuil Elyahu çərşənbə günü “fətva” verib. Bu “fətva”ya əsasən, sionist rejimi ordusuna qarşı addımlara görə fələstinlilərin mühakiməsiz qətlinə yol verilir.
 
Maide.az xəbər verir ki, “Həridi 10” sionist saytında dərc edilən ravvin Elyahunun bu qəribə hökmündə deyilir: Fələstinlilərin yaşamasına icazə verən hər bir şəxs günah etmiş sayılır... Onlar (fələstinlilər) israilllilərin öldürülməsinə çalışırlar, buna görə də, onları qətlə yetirmək vacibdir.
 
O əlavə edib ki, digər israilliləri müdafiə etmək fələstinlilərin öldürülməsi üçün vacibdir və bu, yalnız polisin ya ordunun vəzifəsi deyil.
 
İsrailli ravvin fələstinlilərə qarşı soyqırımla bağlı hökm verdiyi bir halda, ötən aylar ərzində işğal olunmuş Fələstin torpaqları işğalçı sionistlərlə yerli fələstinlilər arasında, ələlxüsus soyuq silahla pərakəndə qarşıdurmaların şahidi olub və siyasi müşahidəçilər üçüncü Fələstin intifadasının başlamasının mümkünlüyü barədə xəbərdarlıq edirlər.
 
Qərb sahilinin müxtəlif bölgələrində yerləşən fələstinlilərin mənzillərinə və Məscid-ul- Əqsaya sionist mühacirlərin hücumları davam etməkdədir. İndiyə qədər bu qarşıdurmalar zamanı 32-dən çox silahsız fələstinli gənc və yeni yetmə Sionist rejimin hərbi qüvvələri tərəfindən şəhid edilib. 1600-dən çox fələstinli isə yaralanıb.  /

Google+ WhatsApp ok.ru