Sionist rejim əsgərləri 11 dəfə atəş açaraq 23 yaşlı fələstinli gənci edam etdi

Sionist rejim əsgərləri  11 dəfə atəş açaraq 23 yaşlı fələstinli gənci edam etdi.
Maide.az xəbər verir ki,  İsrailin kanal 10 televiziya kanalı  məlumat yayıb ki, Sionist rejim hərbiçiləri bu gün Əl-Xəlil şəhərində bir fələstinli gənci  biçaqla hücum etməyə çalışıdığı bəhanəsi ilə güllələyiblər. 
Fələstin KİV-ləri şahidlərə istinadən yazıblar ki, sionist rejim polisi 23 yaşlı  İslam Rəfiq adlı fələstinli gəncə düz 11 dəfə atəş açıb və onu şəhid ediblər. 
Hadisə şahidləri bildiriblər ki, bu gənc fələstini sionist rejim polisi tərəfindən edam edildikdən sonra , onun əlinə bir bıçaq qoyub, hadisənin guya onun hücumu nəticəsində baş verdiyini göstərdilər.  
Məlumata görə həmçinin bu gün Qəzzada  bir fələstinli gənc sionist rejim hərbiçiləri tərəfindən yaralanıb. 
Fələstin Səhiyyə Nazirliyinin sonuncu statistikasına görə, işğal olunmuş ərazilərdə son bir ay ərzində 64 fələstinli sionistlər tərəfindən şəhid edilib və yüzlərlə fələstinli yaralanıb./

Google+ WhatsApp ok.ru