Sionist rejimindən Qəzzaya hava zərbələri

Sionist rejimindən Qəzzaya hava zərbələri

Sionist rejim Qəzzanı artilleriya atəşi ilə vurub.

 
Maide.Az"Anadolu" agentliyinə istinadən xəbər verir ki, sionist rejim qüvvələri Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində 2 və mərkəzi hissədəki Cuhr əd-Dik kəndində 1 müşahidə nöqtəsini vurub.
 
Hücumda insan tələfatı ilə əlaqədar Fələstin Səhiyyə Nazirliyindən heç bir məlumat açıqlanmayıb.
 
İşğalçı rejimin verdiyi açıqlamaya görə, hücum Qəzzadan atılan raketə cavab olaraq həyata keçirilib.
 
Sionist rejim tez-tez raket atıldığını iddia edərək Qəzzadakı Həmas nöqtələrini vurur.

Google+ WhatsApp ok.ru