Sionist İsrail rejimi Fələstinin ət və süd məhsullarına qadağa qoydu

Sionist İsrail rejimi Fələstinin ət və süd məhsullarına qadağa qoydu

İşğalçı İsrail rejim rəsmiləri yaydıqları açıqlamada, Fələstin şirkətlərinin Beytul-Müqəddəsə süd və ət məhsulları gətirməməsinin qadağan olunduğunu bildiriblər.
 
Maide.Az xəbər verir ki, 5 Fələstin şirkətinin ət və süd məhsullarının satışı qadağan olunub. Buna səbəb kimi isə bu məhsullarda çatışmamazlıqlar olduğunu bəhanə gətiriblər. 
 
Fələstin Qida Sənayesi Birliyinin sədri Nasir Fətyani bildirib ki, sionist rejimin bu addımına lazımdır ki, qarşılıqlı cavab verilsin. Belə ki, Fələstin şirkətləridə onların məhsullarına qadağa qoymalı və sionist rejim  malları Fələstin bazarlarında satılmasın.
 
N.Fətyani  Sionist rejimin  məhsullardakı çatışmamazlıqlarla bağlı bəhanəsinin uydurma və bəhanə olduğunu bildirb. 
 

Google+ WhatsApp ok.ru