İsrail rejimi Fələstin radiosunu bağladı

İsrail rejiminin silahlı qüvvələri Qərbi İordan çayının Əl-Xəlil şəhərindəki yerli Fələstin radiosunu "Zorakılıq təbliğatı apardığı" ittihamı ilə bağlandığı açıqlanıb.
 
Maide.az xəbər verir ki, sionist ordusundan yayımlanan yazılı açıqlamada, "İsrailə qarşı çıxışlar etdiyi üçün "Minbər Əl-Hurriyyə" adlı radionun 6 ay müddətinə bağlanması qərarı verilib" bildirilir. 
Açıqlamada həmçinin bildirilir ki, sözügedən radio bıçaqlı hücumlara təşviq edici fikirlər yayımlayır.
 
"Minbər əl-Hurriyyə" radiosunun rəhbərliyindən verilən yazılı açıqlamada, "İsrail əsgərləri bu gün səhər radioya basqın təşkil etdi. Yayım cihazlarını və avadanlıqları müasdirə edərək, yayımı tamamilə kəsdilər. Dekorasiya və bəzi cihazları xarab etdilər" deyilir.
 
Qeyd edək ki, rejim əsgərləri son zamanlar dinc fələstinlilərə qarşı həqiqi güllələrdən istifadə etməklə hücumlarını artırıblar. Sionist əsgərlərin bu hücumlarına qarşı isə fələstinlilər daş və bıçaqla müdafiə olunurlar. 

Google+ WhatsApp ok.ru