Sionist İsrail rejimi 28 yaşlı fələstinli gənci öldürdü

Sionist İsrail rejimi 28 yaşlı fələstinli gənci öldürdü

 
Sionist rejimin növbəti cinayəti 
 
Maide.Az-ın verdiyi məlumata görə, İordaniyanın Qərb sahilində bir fələstinli gənc sionist İsrail rejiminin açdığı atəş nəticəsində həyatını itirib.
 
Kalendiya nəzarət keçid nöqtəsində polis əməkdaşını bıçaqladığı iddia edilən fələstinlinin sionist İsrail rejimi tərəfindən vurularaq öldürüldüyü bildirilib.
 
İsrail rejiminin polis sözçüsü Luba Samiri verdiyi yazılı açıqlamada, fələstinli gəncin polisin açdığı atəş nəticəsində öldüyünü deyib. Hadisə ilə əlaqədar araşdırma başlayıb.
 
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada da fələstinli gəncin İsrail rejimi tərəfindən öldürüldüyü təsdiqlənib.
 
Qeyd edək ki, sionist İsrail rejimi son zamanlar fələstinlilərə qarşı cinayət əməllərini daha da artırıblar. /

Google+ WhatsApp ok.ru