İslamın Kubada çiçəklənməsi İspaniyalı fotoqrafın dilindən- FOTO

“Kubada Müsəlmanlar”  foto toplusunun yaradıcısı  İspaniyalı  fotoqraf  Xuan Alvado  bu ölkədə İslamın çiçəklənməsindən  danışıb.
 
 
Maide.az xəbər verir ki,  X.Alvado deyir ki, eşidəndə  Kubada  İslam dini və müsəlmanlar da var çox sevindim,çünki onlar haqqında heç nə bilmirdim. “Kubada Müsəlmanlar”  foto  toplusu  Kubada İslamı qəbul etmiş şəxslərin həyatını əks etdirir. 

 2009-cu ilin statistikasına əsasən, Kuba xalqının 85  faizi Katoliklər və 1 faizdən azını isə  müsəlmanlar təşkil edir.

X.Alvadonun sözlərinə  görə,  buölkədə  İslamı müxtəlif səbəblərə görə qəbul edirlər. 

X.Alvado  əlavə edib ki,  bu ölkədə  İslamı müxtəlif səbəblərə görə qəbul edirlər. “  Müsəlmanlar  Kubada  dini azlıq  hesab olunurlar. Ona  görədə  İslam dinini qəbul edənlər müxtəlif problemlərlə üzləşirlər.Onların problemlərindən biri  İbadət ocaqlarının olmamasıdır.”

Kuba müsəlmanları  kiçik qruplara  bölünür və hər qrup   camaat namazı və digər dini mərasimlər üçün öz evini digərlərinin ixtiyarında qoyur.

X.Alvado deyir ki, Kuba müsəlmanları  davamlı olaraq öz dinləri haqqında yeni şeylər öyrənir. Hər kəs çalışır ki, dini qayda  və qanunlarda nəyisə öyrənsin və bu çox maraqlı məsələdir. “Mən  İslam və İslam düşüncəsi haqqında Havanada öyrəndiyim qədər  Türkiyədə heç nə öyrənməmişdim. Kuba  mənəvi və həyəcanlı biryerdir."

2012-ci ilin statistikasına  görə,  Kubada 10 min müsəlman  yaşayır ki,onların əksəriyyəti  İslamı  yeni  qəbul ediblər. Kuba müsəlmanları  İslamı Qərbi  Asiya (red- Yaxın Şərq) ölkələrinin  Kubadakı səfirliyi  və  ya  müsəlman ölkələrindən olan tələbərdən öyrənirlər. 

 
İslam dini 1970-1980-cı illərdə Kubada geniş  yayıllmağa başlayıb. Bu ölkədə  müsəlmanlar İslami təhsil almaq üçün vəsait  çatışmamazlığı ilə üzləşirlər. 

 

 

Google+ WhatsApp ok.ru