İslam Peyğəmbərinə (s) hörmətsizlik edən tanınmış xaxam öldürüldü

Ötən gün, 19 noyabrda bir fələstinli gənc Tel-Avivin cənubundakı Ticarət Mərkəzinə hücum edərək, 5 sionisti bıçaqlayıb.
Maide.az-ın məlumatına görə, fələstinli gənc iki sionisti məhv etdikdən sonra daha 3 nəfəri ağır yaralayaraq, hadisə yerindən uzaqlaşıb.
Digər bir məlumata görə, 38 yaşlı kişi Tel-Avivdə  Yəhudilərin məbədinə hücum edib və orada İslam Peyğəmbərini (s) hörmətsizlik edən tanınmış xaxamı öldürüb, 3 nəfəri də yaralayıb. 
Polis onu yaraladıqdan sonra həbs edib.  
Əl-Xəlilin şimalında da  3 fələstinli gənc sionist qəsəbə sakinlərinə atəş açıb. Bu hadisə zamanı da 2 nəfər ölüb və 10 nəfər yaralanıb.   
Şahidlərin bildirdiyinə görə, həmin fələstinli gənclərdən biri saxlanılıb, biri şəhid olub və üçüncü şəxs isə qaçmağa nail olub.
İsrail rejiminin xəbər qaynaqları fələstinli gənclərin bu cəsarətli addımlarından sonra sionist qəsəbə sakinlərinin qorxu və vahimə içərisində olduqlarını bildirir. /
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru