İsraildə `cib xərcliyi` qalmaqalı böyüyür!

İsrail rejimi baş nazirinin xərclərinə dair hazırlanan hesabat Netanyahu ailəsinin başını ağrıdacaq

İsrail rejiminin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Saranın baş nazirin iqamətgahında istifadə edilən şüşələrin satışından əldə edilən pulu "cib xərcliyi" etməsi ilə bağlı qalmaqal böyüyür.
 
Maide.az xəbər verir ki, son olaraq Dövlət Nəzarət Heyətinin üzvü Cozef Şapira baş nazirin xərclərilə bağlı hazırladığı hesabatı yaxın zamanda ictimaiyyətə açıqlayacağını bildirib. Assambleyanın baş prokuror Yehuda Vinsteine açıqladığı hesabatda, baş nazirin iqamətgahı üçün edilən lüks xərclər və dövlət büdcəsinin əlverişsiz istifadəsinə dair detallar yer alır.
 
Hesabatda baş nazirin iqamətgahı üçün alınan çiçək və ətirli şamlara ödənilən yüksək rəqəmlərdən danışılır. 
 
Netanyahunun 2013-də də baş nazirin iqamətgahına göndərilən dondurmalara 10 min şekel (2000 AZN) xərclədiyi ortaya çıxmışdı.
 
Dövlət Nəzarət Şurasının hesabatına görə, son 2 ildə baş nazirin iqamətgahına 25 min 450 dollarlıq spirtli içki qəbul edilib. Netanyahu ailəsinin son 4 ildə 80 mindən artıq şüşə butulka satdığı, baş nazirin iqamətgahına son 2 ildə hər gün ən azı bir şüşə şərab göndərildiyi bildirilir.
 
Bildirilir ki, İsrail rejiminin baş naziri hər ay spirtli içkilərə minimum maaşa yaxın bir məbləğ (4 min 200 Şekel / 835 AZN) ödəyir.

Google+ WhatsApp ok.ru