Yapon baş nazir ağlayaraq İŞİD-dən intiqam alacağını dedi

Yaponiyanın bir müddətdir xilas etmək üçün çalışdığı girov jurnalist Miyuxara Hotonun dünən İŞİD tərəfindən öldürüldüyü açıqlanıb. Maide.az xəbər verir ki, İŞİD baş kəsmə videosu ilə Yaponiyanın Baş nazir Şinzo Abeyə mesaj göndərib.
 
Bundan sonra baş naziri Şinzo Abe bəyanat verib. Açıqlama zamanı ağlayan və xeyli kədərli olduğu görünən Şinzo Abe çox sərt danışıb.
 
Baş nazir Abe, "bu vəhşicəsinə həyata keçirilən terror hücumuna qarşı çox güclü qəzəb hiss edirəm. Qətiyyən qəbul edilməyəcək bu təcavüzü ən sərt şəkildə pisləyirəm. Bu terrorçuları heç vaxt bağışlamayacağıq. Beynəlxalq ictimaiyyət ilə birlikdə İŞİD-ə etdiklərinin əvəzini ödətmək üçün çalışacağıq", - deyib.

Google+ WhatsApp ok.ru