İsraildən HƏMAS-a qarşı əməliyyat; 40 nəfər saxlanıldı

İsraildən HƏMAS-a qarşı əməliyyat; 40 nəfər saxlanıldı

İsrail işğal qüvvələri İordan çayının qərb sahilində HƏMAS-a qarşı əməliyyat keçirilib.
 
Bu barədə Fələstin İnformasiya Mərkəzi xəbər verib. Xəbərə görə, keçirilən əməliyyat zamanı 40 nəfər saxlanılıb. Saxlanılanlar arasında deputat Məhəmməd ət-Talın da olduğu bildirilib.
 
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru