İsrail parlamenti fələstinlilərə qarşı daha bir qanunu təsdiqlədi

İsrail parlamenti fələstinlilərə qarşı daha bir qanunu təsdiqlədi

-- İşğalçı rejim Qüdsdə fələstinlilərin sayını azaltmaq üçün qanun tədiqləyib

İşğalçı İsrail rejimi Qüdsdə Fələstinlilərin sayını azaltmaq üçün planı təsdiqlədi. 
 
Maide.Az xəbər verir ki, sionist İsrail rejimi parlamentinin Qanunvericilik Komitəsi, Qüdsdən minlərlə Fələstinlinin yaşadığı iki məhəllənin ayrılması və Fələstinlilərin sayını azaltmağa hesablanmış qanun layihəsini təsdiqləyib. 
 
İşğalçı  İsrailin “Haaretz” qəzetinin internet saytında  verilən xəbərə görə, parlament sağçı təhsil naziri Naftali Bennett və Qüds İşləri naziri Zeev Elkinin təqdim etdiyi işğal olunmuş ərazilərdə daimi yaşamaq icazəsi olan minlərlə fələstinlinin yaşadığı Şüfat Qaçqın Düşərgəsi və Kefr Akabe məhəllələrinin Qüdsdən ayrılması layihəsini  təsdiqləyib. 
 
Qanuna görə,  Qüds şimal tərəfində olan ancaq Ayrım Divarının inşa edilməsiylə divarın Qərb Şəriyə tərəfində qalan məhəllələrin Qüds Bələdiyyəsi səlahiyyət sahəsindən çıxarılmasının və Qüdsdə yaşayan Fələstinlilərin sayının azaldılması məqsədi ilə edilir. 
 
Süfatı Qaçqın Düşərgəsi və Kefr Akabe məhəllələrində təxminən 140 min fələstinli yaşayır. Bəziləri İsrail pasportu daşıyan bu şəxslərin əksəriyyətinin işğal olunmuş ərazilərdə  daimi yaşamaq icazəsi var.
 
Şərqi Qüdsdəki bir çox fələstinlilərin İsrail vətəndaşlığı yoxdur.

Google+ WhatsApp ok.ru