İsrail Qəzza zolağını havadan bombalayıb, ölən və yaralananlar var - VİDEO

İsrail Qəzza zolağını havadan bombalayıb, ölən və yaralananlar var - VİDEO

Bu gün səhər saatlarında işğalçı İsrail hərbi aviasiyasının Qəzza zolağında həyata keçirdiyi bombardman nəticəsində 1 nəfər ölüb, 10 fələstinli yaralanıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, işğalçı rejim Qəzzadan İsrail ərazisinə raket atılmasını əsas gətirərək zolağın mərkəzi hissələrinə - Deyr əl-Bəla rayonunun bir sıra hissələrinə hava zərbələri endirib.
 
İşğalçı rejim  hərbi rəhbərliyi Beerşiba rayonuna Qəzzadan raket zərbəsi endirilməsi və 7 israillinin psixoloji sarsıntı keçirməsini əsas gətirərək Qəzzaya cavab zərbələri endirildiyini bəyan edib. Qəzzanın müxtəlif yerlərinə 20 hava zərbəsi endirilib.
 
Qəzzada səhiyyə qurumunun bildirdiyinə görə, İsrail hava zərbəsi nəticəsində 25 yaşlı Naci Cəmil əl-Zəanin həlak olub. Yaralıların 6 nəfəri məktəblilərdir. Onlar dərsə gedərkən hava zərbəsinin təsirinə məruz qalıblar. Fələstin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı da xəsarət alanlar arasındadır.
 
 

Google+ WhatsApp ok.ru