Yəhudilərə daş atan fələstinliləri 3 il həbs cəzası gözləyir

İsrail rejiminin parlamenti (Knesset) işğal olunmuş ərazilərdə yəhudilərə və onların nəqliyyat vasitələrini daşqalaq edən fələstinlilərin ən azı 3 il həbs cəzasına məhkum edilməsi haqqında qərarı təsdiq edib.
 
Maide.az xəbər verir ki, bu qərarı İsrail parlamentinin deputatları 51 səslə lehinə, 17 səslə əleyhinə olmaqla qəbul ediblər.
 
Onlar həmçinin İsrailin Cinayət Məcəlləsində daş atmağa görə cəza tədbirlərinin artırılmasını nəzərdə tutan dəyişikliklər paketini də təqdim ediblər.
 
Bu qanuna görə, 18 yaşına çatmamış uşaqlar və yeniyetmələr də daş atdıqları üçün həbs ediləcək və onların ailələlərinə qarşı da müvafiq ölçü götürüləcək.
 
Qərara əsasən, bu “müvəqqəti” qanun üç il ərzində icra olunacaq və daha sonra Knesset bir daha bununla bağlı qərar qəbul etməlidir

Google+ WhatsApp ok.ru