İsrail rejimi Livanın hava məkanını pozmağa davam edir

İsrail rejimi Livanın hava məkanını pozmağa davam edir

Əl-Mənar televiziya kanalında gedən xəbərə görə, İsrail rejimin döyüş təyyarələri bu gün (4 may) Livanın Ən-Nabatiye, İqlim Təfah və Mərcəiyyun bölgələri üzərində uçublar.
 
Livan ordusu İsrail rejiminin döyüş təyyarəsinin Livanın hava məkanını dəniz tərəfindən pozaraq, Şəka diyarının qərb səmasından Beyrut şəhəri üstünə qədər uçaraq, Ən-Nəkurə mahalı səmasından uzaqlaşdığını qeyd edib.
 
Livan ordusu dünən də İsrail rejiminə məxsus bir PUA-nın Livan hava məkanını pozaraq, Beyrut səmasına qədər uçduğunu açıqlamışdı.
 
Military Advisor portalının Tvitter səhifəsində yerləşdirilən açıqlamaya əsasən, İsrail rejiminə aid 3 G550 Nachshon kəşfiyyat təyyarəsi Suriya və Livanı izləyir. ABŞ-a aid bir P-8A kəşf təyyarəsi da Suriya sahilində uçur. İsrail rejiminə aid bir İHA da Livan cənubunda uçur.
 
İsrail rejimi ümumiyyətlə Suriyaya qarşı hava hücumlarını bazar günü gecə həyata keçirir. /deyerler.org

Google+ WhatsApp ok.ru