İsrail rejimi məscidlərdən azan verilməsini qadağan etməyə çalışır

Sionist rejimin işğal olunmuş Fələstində məscidlərdən azan verilməsinə qadağa qoymaq istədiyi bildirilir.
 
Maide.az xəbər verir ki, Qüds xəbər agentliyinin verdiyi məlumata görə, İsrailin Nazirlər Kabineti qarşıdan gələn həftələr ərzində bir qanun layihəsi qəbul edərək, 1948-ci ildə işğal edilmiş Fələstin ərazilərində məscidlərdən azan verilməsini qadağan etmək niyyətindədir.
 
İsrail rejimi 2015-ci ildə Qərb Sahilində, əl-Xəlildə yerləşən İbrahim məscidindən azan verilməsinə 600 dəfə mane olub.
 
Sionist işğalçılar həmçinin, dəfələrlə fələstinlilərin dini ayinlərini yerinə yetirilməsi məqsədi ilə məscidlərə getməsinə mane olublar.
 
İşğalçı İsrail rejiminin təsis edilməsindən bəri sionist qəsəbə sakinləri və İsrail ordusu davamlı olaraq Fələstinlilərin yaşadığı ərazilərə hücum edirlər. İndiyə kimi bu hücumlardan 1000-dən artıq məscid dağıdılıb və yandırılıb./
 

Google+ WhatsApp ok.ru