İsrail rejimi polisi 4 fələstinlini həbs etdi

Həbs Qüds yaxınlığındakı Huzma mahalında həyata keçirilib

İsrail rejiminin daxili kəşfiyyat orqanı olan Şabakın açıqlamasında bildirilir ki, yəhudilərə daş ataraq xəsarət almalarına səbəb olduqları iddia edilən 4 fələstinli Huzmada həbs edilib.
 
Maide.az-ın məlumatına görə, sionist rejimin daxili təhlükəsizlik naziri Gilad Ardenne də dünən Knessette keçirilən xüsusi sessiyadakı çıxışında, Qüdsdə keçən həftədən bu yana daş və şüşə partlayıcı atan yarısı uşaq 66 fələstinlinin nəzarətə alındığını açıqlamışdı. 
 
Yəhudilər üçün yeni il olaraq qəbul edilən "Roş Aşana" tətilinə görə təxminən 50 nəfər keçən həftənin bazar günü Məscidi Əqsaya girmiş, buna etiraz edərək içəri girmək istəyən fələstinlilərə səs bombası, gözyaşardıcı qaz və plastik gülləylə müdaxilə edilmişdi. Müdaxilə zamanı aralarında qadınların da olduğu çoxlu sayda insan yaralanmışdı.

Google+ WhatsApp ok.ru