İsrail rejimi Qəzzanın şimalına hava hücumu təşkil etdi

İsrail rejimi Qəzzanın şimalına hava hücumu təşkil etdi

Sionist İsrail rejiminin ordusu dünən axşam (3 mart) Qəzzanın şimalında müqavimət qüvvələrinə aid bir müşahidə nöqtəsinə hava hücumu təşkil edib.
 
Deyerler.org xəbər verir ki, Palinfo müxbirinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, sionist ordusuna aid pilotsuz uçuş aparatı Qəzzanın şimalındakı Beyt Hanunun şərqində müqavimətə aid müşahidə nöqtəsinə bir raket atıb.
 
Hücumun müşahidə sahəsinin yerləşdiyi regionda maddi zərərlə nəticələndiyi, lakin hücumda ölən və ya yaralananların olmadığı qeyd edilib.
 
İsrail rejimi ordusunun müqavimətə aid müşahidə nöqtəsinə təşkil etdiyi hava hücumundan əvvəl də Qəzzanın şimalında dünən axşam sionist qüvvələrinin gecə aksiyası iştirakçılarına atəş açması nəticəsində üç nəfər yaralanıb.
 
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra Qəzzanın şimalında dünən axşam üç nəfərin yaralandığını açıqlayıb.
 
Palinfo müxbirinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, İsrail rejiminin əsgərləri Cibaliyanın şərqində onlarla nümayişçiyə atəş açdı və göz yaşardıcı qaz qumbarası atdı.
 
İsrail rejiminin ordusu martın 2-də də Rəfahın şərqinə və Əl-Məğazi düşərgəsinin şərqinə hava hücumları təşkil etmişdi.
 

Google+ WhatsApp ok.ru