İstanbulda Ayətullah Nimrin xatirəsinə Quran gecəsi keçirilib FOTO

Türkiyənin İstanbul şəhərində şəhid Ayətullah Nimrin xatirəsinə Quran gecəsi keçirilib.
Maide.az xəbər verir ki, Səudiyyə rejimi tərəfindən şəhid edilən Nimrin şəhadətinin yeddinci günü münasibətilə düzənlənən əza mərasimi Müqəddəs Qurani-Kərimin tilavətilə başlayıb.
Zeynəbiyyə cammaatı tərəfindən Halkalıda təşkil edilən məclisdə qarilər müqəddəs kitabın müxtəlif sürələrindən mübarək ayələr oxudu, tilavətlər Şəhid Nimirin ruhuna salavat və "Fatihə"lər hədiyyə edilməsilə müşaiyət olunub.
 
Daha sonra Türkiyə müsəlmanlarının liderlərindən Səlahətdin Özgündüz mərasim iştirakçıları qarşısında çıxış edib. O, çıxışı zamanı Amerika Birləşmiş Ştatları, Səud rejimi və İngiltərə münasibətlərindən söz açaraq hazırkı vəhhabi cinayətlərinin ingilislərin "xidmət"i olduğu ifadə etdi.
 
Sonda azadarlıq edildi, rövzə və mərsiyələr deyilib, sinələr vurulub. /
 
 
 
 

Google+ WhatsApp ok.ru