Suriyada 2 milyondan çox uşaq məktəbə getməyəcək

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) Suriyada 2 milyondan çox uşağın məktəbə getməyəcəyini açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, BMT-nin Cenevrə Ofisində jurnalistlərə açıqlama verən UNİCEF sözçüsü Kristof Boulierac, "Suriyada 2 milyon uşaq məktəbə getməyəcək və 400 min uşaq isə artan zorakılıq və münaqişələr səbəbilə məktəbi tərk etmək məcburiyyətində qala bilər", - deyib.
 
Suriyadakı 5 min məktəbin istifadəyə yararsız hala gəldiyinə diqqəti çəkən Boulierac, ölkə daxilindəki müəllimlərin dörddə birin də vəzifəsindən ayrılmaq məcburiyyətində qaldığını söyləyib.
 
UNİCEF daha əvvəl də Yaxın Şərq və Afrikada 13 milyondan çox uşağın artan qarşıdurma və siyasi qarışıqlıq səbəbilə məktəbə getmədiyini açıqlamışdı.

Google+ WhatsApp ok.ru