İsveçrə İrana qarşı sanksiyaları ləğv etdi

İsveçrə dövləti İrana qarşı sanksiyaları ləğv etdi.
Maide.az xəbər verir ki, İRİB-in Vyanadan verdiyi məlumata görə, İsveçrə dövləti avqustun 13-dən etibarən, 2014-cü ildən bəri dondurulmuş vəziyyətdə olan sanksiyaları ləğv edib. 
İsveçrənin İqtisadiyyat Ofisi bildirib ki, sanksiyaların ləğvi barədə qərar bu gün, cümə axşamından etibarən icraya qoyulub. 
Bu məlumata görə, İsveçrə dövləti həmçinin qərara alıb ki, İran dövləti ilə qiymətli metalların ticarətinə qoyulan qadağanı da ləğv etmək qərarına gəlib. Bu qərar İran ilə neft-kimya məhsulları sahəsindəki ticarəti də əhatə edir. 
İsveçrə dövlətinin bildirdiyinə görə, İrandan xam neft və neft məhsullarının idxalı habelə, bu ticarət sahəsi ilə bağlı sığorta xidmətlərinə qoyulan qadağa da götürüləcək. 
Maliyyə sahəsində də, İran vətəndaşlarının bu ölkədən kənara çıxara biləcəkləri xarici valyutanın miqdarı da 10 dəfə artırılır. Bütün bu qadağalar 2014-cü ilin yanvarından müvəqqəti olaraq dayandırılmışdı. 
İran və 5+1 qrupu 14 iyul 2015-ci il tarixində, 12 il davam edən müzakirələrin ardınca, İranın nüvə işi ilə bağlı ixtilafları aradan qaldırmağa və yekun anlaşmaya nail oldular. /

Google+ WhatsApp ok.ru