Təhsil Nazirliyi: “Hicab qadağan edilməyib” - Audio 25 Sentyabr 2014 01:00 Elm, Təhsil Yeni tədris ili başladıqdan sonra bir çox məktəblərdə hicab qadağası tətbiq edilir Maide.az xəbər verir ki, İslamazeri.az qadağa ilə bağlı Təhsil Nazirliyi ilə yenidən əlaqə saxlayıb. Nazirliyin qaynar xətti müxtəlif ziddiyyətli cavablar verib. Nazirlikdən bildirilib ki, hicab qadağası məktəb rəhbərlikləri tərəfindən qoyulub, nazir şagirdlərin hicabla məktəbə buraxılmasını istəyib, hicab qadağası ümumiyyətlə ləğv edilib, hicab bağlamaq qadağandır və digər açıqlamalar verilib. Bundan başqa bu gün 5 məktəbdə reyd keçirdik. Məktəb direktorları bildirdilər ki, Təhsil Nazirliyi tərəfindən hicab qadağan edilib. Siz bir dənə sübut gətirin ki, hicaba icazə verilir, biz də hicablı şagirdləri məktəbə buraxaq. Nazirlikdən bildirilən bütün cavabları təqdim edirik. Teqlər : #Təhsil Nazirliyi: Hicab qadağan edilməyib Audio, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda qalmaqallı internat məktəbi bağlandı Azərbaycan internet istifadəçilərinin sayına görə dünya ölkələri arasında 63-ü yeri tutur