TƏLƏBƏ TƏHSİL HAQQINI NECƏ ÖDƏSİN?

TƏLƏBƏ TƏHSİL HAQQINI NECƏ ÖDƏSİN?

Fins.az saytında «Tələbələr üçün təhsil krediti dayandırıldı» sərlövhəli yazı oxumaq olar.
 
Müəllif yazır ki, yeni dərs ilinin başlanması tələbələr üçün yeni qayğılar gətirir. Yazıda qeyd edilir ki, xüsusilə ödənişli əsaslarla I kursa qəbul olunan tələbələrin bir çoxuna təhsil haqqını köçürmək böyük çətinliklər yaradır. Müəllif bildirir ki, tələbələrin bu məbləği sentyabrda ödəmələri şərtdir. Amma gəlirləri azalan və ya işsizlikdən əziyyət çəkən ailələrin həmin məbləğləri ödəmələri xeyli çətinləşib: «Əvvəlki illərdə aztəminatlı ailələr övladlarının təhsilini davam etdirməsi üçün banklardakı istehlak və ya tələbə kreditlərindən istifadə edirdilər. Son günlərdə bankların kreditləşməni dayandırması onların vəziyyətini çətinləşdirib».
 
Araşdırmaya görə, indi banklarda tələbələr üçün nəzərdə tutulan bütün məhsulların satışı dayandırılıb.
 
«Turanbank»dan bildirdilər ki, tələbə kreditlərinin verilməsi dayandırılıb. Məhsulun satışının nə zaman bərpa olunacağı bəlli deyil.
 
«Ötən ilə qədər kredit verən «Bank of Baku», «AGBank» da bu xidməti tələbələrin üzünə bağlayıb. «Accessbank», «AFB bank», «Atabank», Azərbaycan Beynəlxalq Bankı, «Bank Standart»da isə, ümumiyyətlə, belə bir xidmət olmayıb. Ancaq istehlak kreditlərinin tərkibində tələbələrə də kredit ayrılıb».
 
Məqalədə qeyd edilir ki, artıq tələbə valideynlərinin banklardan əlləri üzülüb. İndi onlar başqa maliyyə mənbəyi axtarışına çıxıblar. /

Google+ WhatsApp ok.ru