Təl Əvivə raket hücumu olunub

Təl Əvivə raket hücumu olunub

Fələstinli mübarizlər Təl Əvivin  şimalına raketlə zərbələr endiriblər.  
 
Maide.Az “Associated Press”ə istinadən xəbər verir ki,  Fələstinin işğal olunmuş ərazisində raket xəbərdarlığı sirenası eşidilib və Təl Əvivin şimalında partlayış baş verib. 
İşğalçı rejim  ordusu  elan edib ki,  Qəzzadan  işğal olunmuş ərazilərə raket hücumu olunub. 
 
“Sputnik” agentliyinin məlumatına görə, son dörd ildə ilk dəfədir ki,  mühasirədə saxlanılan Qəzza zolağından  raketlə  Təl Əvivə  hücum edilir. 
 
Məlumata görə,  hücum nəticəsində işğal olumuş ərazilərdə məskunlaşdırılmış ən az 7 yəhudi  yaralanıb. İşğalçı rejim ordusu  bir neçə foto yayımlayaraq  bildirib ki, Qəzzadan atılan raket bu dağıntılara səbəb olub. 
 
Qeyd edək ki, Qəzza zolağından Təl Əvivə  raket hücumuna dair xəbərlər sionist rejim təyyarələrinin son bir neçə gündür Qəzzanı bombalamasının ardınca yayımlanıb.  Son günlər ərzində işğalçı rejimin  Qəzzaya hava hücumları zamanı  bir neçə fələstinli şəhid olub və onlarla insan yaralanıb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru