Torontoda Halal Yemək Festivalı keçiriləcək

Torontoda Halal Yemək Festivalı keçiriləcək

Torontonun Mississauga qəsəbəsində iyulun 15-16-da Amerikanın şimalında ən böyük Halal Yemək Festivalı təşkil olunacaq. 
 
Maide.Az “Radio Canada International”-a istinadən xəbər verir ki, festivalda dünyanın hər bi yerindən 100-dən çox halal restoran, çörəkbişirmə müəssiələri və ərzaq-satış mağazaları iştirak edəcək. 
 
İkigünlük festivala 35 mindən çox insanın qatılacağı gözlənilir. Festival çərçivəsində 200-dən çox stendt quraşdırılıb və halal yeməklər həmin stendtlərdə sərgilənəcək.
  
Kanadada son illər müsəlmanların sayı artdığı üçün halal yeməklərə tələbatda artıb.
 
Kanada halal yemək bazarı 1 milyard dollardan çox dəyəri var və 2031-ci ilədək Kanada müsəlmanlarının sayınn 3 dəfə artacağı proqnozlaşdırılır. /

Google+ WhatsApp ok.ru