TQDK-dan xəbərdarlıq..!

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanmış və bu proses iyulun 10-da saat 17:00-da başa çatır.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər./anspress

Google+ WhatsApp ok.ru