TQDK abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası yaradıb

Bu ilin məzunları üçün keçirilən 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bu barədə Maide.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına iyulun 27-də saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Google+ WhatsApp ok.ru