TQDK kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib 23 İyul 2015 01:00 Elm, Təhsil Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə qəbul olmuş abituriyentlərə xəbərdarlıq edib. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ümumi (9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə məlumatı daxil olduqları kollecdən əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək. Teqlər : #TQDK kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu il üçün baş verəcək sonuncu Günəş və Ay tutulmalarının vaxtları məlum olub Azərbaycanda ali məktəblərə bu ilin sonuncu qəbul imtahanı keçirilir