TQDK rezidenturaya hazırlaşanlar üçün `İnsan anatomiyası` adlı vəsait nəşr edib 18 Noyabr 2015 02:00 Elm, Təhsil Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşanlar üçün "İnsan anatomiyası" adlı vəsait nəşr edib. TQDK-dan Maide.az-a verilən məluamata görə, bu vəsait Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası fənni üzrə tədris proqramı və TQDK-nın rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən yeni "anatomik nomenklatura"dan istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib. Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulub. Vəsaitdən həmçinin ATU-nun, tibb təhsili verən digər tədris müəssisələrinin tələbələri, insan anatomiyası fənnini tədris edən müəllimlər istifadə edə bilərlər. Bu kitab insan anatomiyası fənninə maraq göstərən hər bir şəxs üçün faydalı ola bilər. Vəsaiti Azərbaycan Tibb Universitetinin 4 nömrəli (fiziki-kimya) korpusunda yerləşən kitab köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Teqlər : #TQDK rezidenturaya hazırlaşanlar üçün `İnsan anatomiyası` adlı vəsait nəşr edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tovuz icra başçısının diqqətinə: BU KƏNDDƏ MƏKTƏBƏ QALOŞLA GEDİRLƏR! Azərbaycanda universitetlərdən birində yeni dekan təyinatları olub