Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru tutulub

Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru tutulub

Son günlər Almaniyada olan Akın Atalay ölkəyə qayıdan zaman İstanbulun hava limanında saxlanılıb
 
Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru Akın Atalay tutulub.
 
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdan zaman İstanbulun hava limanında saxlanılıb.
 
Polis onun hava limanını tərk etməsinə imkan verməyib. 
 
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Mətbu orqanın tutulan 13 yazarı və əməkdaşından 9-u barədə həbs qətimkan tədbiri seçilib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı" - “Report”) və Fətulahçı Terror Təşkilatı (FETÖ) - “Report” ) terrorçu qruplaşmalarına üzv olmaqda, əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ittiham olunurlar. 
 
"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub. /

Google+ WhatsApp ok.ru