Türkiyədə 11 qız və 1 müəllim uşaq internatında yanğın zamanı ölüb

Türkiyədə 11 qız və 1 müəllim uşaq internatında yanğın zamanı ölüb

Daha 22 nəfər yanıq xəsarəti alıb
 
Türkiyənin Adana vilayətinin Aladağ rayonunda yerləşən üçmərtəbəli özəl uşaq internatında yanğın baş verib.
 
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 12 nəfərin yanmış meyiti aşkar olunub, daha 22 nəfər yanıq xəsarəti alıb.
 
Adana valisi Mahmud Demirtaş hadisə zamanı 11-i şagird, biri müəllim olmaqla 12 nəfərin öldüyünü, 22 nəfərin isə xəsarət aldığını bildirib:
"Otaqların hamısına baxmışıq. İlkin ehtimala görə, yanğın qısa qapanma nəticəsində baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların heç birinin vəziyyəti ağır deyil. Yaralıların bəziləri özlərini pəncərədən atıblar".
 
İlkin məlumatlara görə, yanğına nasaz elektrik naqillərində qısa qapanma səbəb olub.

Google+ WhatsApp ok.ru