Türkiyədə hərbi helikopter qəzaya uğradı, ölənlər var - VİDEO

Türkiyədə hərbi helikopter qəzaya uğradı, ölənlər var - VİDEO

İstanbulda hərbi helikopter qəzaya uğrayıb.
 
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Sancaktepe rayonunda baş verib.
 
Məlumata əsasən, qəza nəticəsində 4 hərbçi şəhid olub, biri yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya çatdırılıb.
 
Polis hadisə yerinə vətəndaşları buraxmır.
 
 

Google+ WhatsApp ok.ru