Türkiyədə azərbaycanlıların da olduğu gəmi batıb, 6 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Türkiyədə azərbaycanlıların da olduğu gəmi batıb, 6 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölən 6 nəfərdən 4-ü Ukrayna vətəndaşıdır. 
 
Maide.Az  xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfirliyindən bildiriblər.
 
Onların adları açıqlanmayıb.
 
Hadisə nəticəsində yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Yuriy Çerkasov da ölüb. Onun meyiti gəminin batdığı ərazidən tapılaraq sudan çıxarılıb.  
 
Dünyasını dəyişən 1 nəfərin isə hansı ölkə vətəndaşı olduğu hələlik məlum deyil.
 
***
Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən gəmi batıb.
 
Maide.Az “Qafqazinfo” a istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Komandirliyi batan gəmidən yeddi ekipaj üzvünü xilas edib, 2 nəfərin isə meyitini tapıb.
 
Gəmidə ümumilikdə 13 ekipaj üzvünün olduğu müəyyən edilib. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan, 2-sinin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib.
 
Axtarış tədbirləri davam etdirilir. Əməliyyata bir təyyarə, 4 helikopter, bir axtarış-xilasetmə gəmisi, 2 sahil təhlükəsizlik qayığı cəlb edilib. 
 
Ərazidə dəniz suyunun 8-10 dərəcə olduğu, batan ekipaj üzvlərinin bu soyuqluğa 2 saat dözə biləcəyi açıqlanıb.
 

Google+ WhatsApp ok.ru