Valentina Matviyenko: “İŞİD-i darmadağın etməsək, onun Avropaya və Rusiyaya yayılması təhlükəsi var”

“Əgər İŞİD-i darmadağın etməsək, onun Avropaya və Rusiyaya yayılması təhlükəsi var”. Maide.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “Rossiya 24” telekanalına müsahibəsində deyib. O bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyada aviazərbələri lazımi effekt doğurmayıb, Rusiya isə İŞİD ilə mübarizəyə öz töhfəsini verməyə bilməz: “Böyük dövlət olaraq biz bu dəhşətli şər qüvvə ilə mübarizəyə töhfə verməyə bilmərik. ABŞ və onun müttəfiqlərinin aviazərbələri lazımi effektə səbəb olmur, çünki Suriya ordusu ilə koordinasiya edilmir. Bu şərlə real olaraq mübarizə aparan yeganə qüvvə Suriya ordusudur”.  
 
V. Matviyenkonun sözlərinə görə, Suriyadakı durum təcili reaksiya tələb edir və Rusiya Hərbi Hava Qüvvələrinin nə vaxt əməliyyata başlayacağına müvafiq qurumlar qərar verəcək.
 
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu gün ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi üçün Federasiya Şurasına müraciət edib. Şura müraciəti yekdilliklə dəstəkləyib.

Google+ WhatsApp ok.ru