Vatikan arxiyepiskopu İŞİD-i “Şeytan simvolu” kimi xarakterizə edib

Vatikan arxiyepiskopu Kardinal Kourt Kex Almaniyada keçirilən beynəlxalq konfransda çıxışında İŞİD-i “terror təşkilatı və Şeytan simvolu” adlandırıb.
 
Maide.az xəbər verir ki, “Xristian birliyi üzrə Pontifik Şurasının” sədri arxiepiskop Kourt Kex Xristian Birliyi Beynəlxalq Konfransında iştirak edənlərə müraciətində, İŞİD təkfirçi terror qruplaşmasının cinayətlərinə toxunaraq deyib: "Bir çox ölkələrdə xristianların, müsəlmanların və digər dinlərin ardıcıllarının həyatı İŞİD tərəfindən ciddi təhdid edilir."
 
O, bununla bağlı KİV-lərin rolunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, Qərb mediası bu faciəvi həqiqətin dərinliyini tam və düzgün bəyan etmirlər.
 
700 nəfərə qədər xristian və dinlərarası şəxsiyyətin iştirak etdiyi bu konfransda Vatikan arxiepiskopu İŞİD-i “dünyanın qaniçəni” adlandırıb və bu terror qruplaşması ilə mübarizə aparmaq üçün qlobal birliyə səsləyib./

Google+ WhatsApp ok.ru