WhatsApp-da mavi düymə xüsusiyyətindən xilas olmağın yolu

 
 
Whatsapp-ın "ailə dağıdacaq" təbirini sözün əsl mənasında layiq olan cüt mavi düymə xüsusiyyəti, istifadəçilərin atdıqları ismarıcları qarşı tərəfin "doğrudan" oxuyub oxumadığını görə bilməsini təmin edir.
 
Təbii olaraq istifadəçilərin az hesab edilməyəcək bir hissəsi bu xüsusiyyətdən bir xeyli narahat olmuş vəziyyətdə; çünki daha əvvəl ismarıca oxusa belə qarşı tərəf ismarıca sizin oxuyub oxumadığınızı bilmirdi. Son yeniləmə ilə birlikdə ismarıcı oxuduğunuz anda, ekranda "Mavi düymə" işarəsi meydana çıxır.
 
Əlbəttə Whatsapp-ın bu yeni xüsusiyyətini aradan qaldırmağa imkan yoxdur; ancaq bəzi metodları sınayaraq qarşı tərəfin ismarıclarını oxunduğunu görməsini qarşısını almaq şansınız var.
 
Bunun üçün məsələn həm Android, həm də iOS yüklü iPhone-larınızı Təyyarə rejiminə alaraq yaxud interneti tamamilə kəsməklə gələn mesaja baxa, daha sonra o mesajı silərək WhatsApp söndürüb Təyyarə rejimindən çıxa bilərsiniz. Bu yolla qarşı tərəfin mesajınızı oxuduğunu başa düşməsi mümkün deyil. Digər bir deyişlə internet olmadan mesajı sildiyiniz üçün Whatsapp bunu anlamayacaq və qarşı tərəf də cüt mavi düymə işarəsini görə bilməyəcək.
 
Bir digər yol isə gələn mesajı oxumaq əlaqədardır ... Məsələn A şəxsindən sizə bir ismarıc gəldi. Siz Whatsapp-a daxil olanda onunla olan söhbət pəncərəsini açmadığınız halda cüt mavi düymə simvolunu görməsi mümkün deyil; ancaq A şəxsinin atdığı mesaja daxil olsanız mavi düymələri avtomatik olaraq qarşı tərəf görmüş olur.
 

Google+ WhatsApp ok.ru