WhatsApp-da möhtəşəm yenilik

Dünyanın ən populyar ani mesajlaşma proqram əlavəsi olan WhatsApp yenilik hazırlayır. Belə ki, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.
 
WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını demişdi.
 
İndisə yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da “Hang up”, “Incoming call” və “Outgoing call” funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.

Google+ WhatsApp ok.ru