Xaricdə Təhsil: Ən bahalı və ən ucuz ölkə haradır?

Xaricdə Təhsil: Ən bahalı və ən ucuz ölkə haradır?

Xaricdə təhsilin ən bahalı ünvanı illik 38 min dollar ilə Amerika, ən ucuzu isə 4 min 500 dollarla Qazaxıstan oldu.
 
İllik təhsil haqqı, yaşayış və digər xərcləri daxil edildiyində universitet təhsilinin illik 38 min dollara çatan ABŞ-ı, 34 min dollar ilə Kanada, 27 min dollar ilə İsveçrə və 25 min 500 dollar ilə Avstraliya izləyir.
 
Maide.Az bildirir ki,  Araşdırmaya görə, ABŞ-da dövlət universitetlərinin illik ödənişi 23 min dollardan, bir şagirdin yerləşmə və digər xərcləri isə 15 min dollardan başlayır. Kanadada universitet üçün minimum 20 min dollar, yaşayış və digər xərcləri üçün də təqribən 14 min dollar xərclənir. İsveçrədə universitet ödənişləri illik 7 min dollardan, yaşayış və digər xərclər 20 min dollardan başlıyarkən, Avstraliyada universitet ödənişləri 12 min dollar, yaşayış və digər xərclər isə 13 min 500 dollar olaraq hesablanıb.
 
Araşdırmaya görə, xaricdə universitet oxumanın ən ucuz ünvanı 4 min 500 dollar ilə Qazaxıstandır. Dövlət universitetində illik təhsil haqqının 500 dollardan başladığı Qazaxıstanda, bir şagirdin yerləşmə və yaşama xərcləri isə 4 min dollara çatır.
 
Qazaxıstanı 6 min dollarla Bosniya və Herseqovina, 7 min 500 dollarla Gürcüstan və Ukrayna, 8 min dollarla da Rusiya təqib edir.
İllik universitet ödənişi Bosniya Herseqovinada min, Gürcüstan və Ukraynada isə 2 min 500 dollardan başlayarkən, qeyd olunan ölkələrdə universitet təhsili alamq istəyən tələbələr yerləşmə və digər xərclər üçün illik 5 min dollarından keçmələri lazımdır.
 
Araşdırma nəticələrinə yalnız təhsil haqqı əsasında baxıldığında, ABŞ 23 min dollarla yenə ən bahalı, Norveç isə 200 dollarla ən ucuz ölkə oldu.
 
İllik təhsil ödənişini ABŞ-ı 20 min dollarla Kanada, 12 min dollarla Avstraliya, 11 min dollarla İsveç və 10 min dollarla Misir izləyir.
 
İllik təhsilin ən ucuz ünvanı Norveçi isə digər Avropa ölkələri təqib edir. Təhsil haqqı Fransada 250 dollar, Qazaxıstanda 500 dollar, Almaniyada 550 dollar, İtaliyada isə 800 dollar olaraq hesablanıb.
 
Yerləşdirmə və gündəlik xərclər əsasında baxıldığında 20 min dollarla İsveçrə, 15 min dollarla ABŞ, İngiltərə və Danimarka ən bahalı ölkələr olarkən, ən ucuz ölkələrdə isə 4 min dollarla Qazaxıstan və
 
Qırğızıstan, 5 min dollarla Bosniya və Herseqovina, Gürcüstan, Ukrayna, Rusiya, Albaniya və Misir önə çıxdı.
 
Bu arada, Asiya ölkələrindən Hindistanda universitet təhsilində illik ümumi xərc 16 min 500 dollar, Yaponiyada 13 min 500 dollar, Çində 12 min 500 dollar, Tayvanda 10 min 500 dollar, Malayziyada isə 10 min dollardan başlayır .
 
Araşdırmanın ölkələrə görə illik təhsil haqqı, yaşayış və gündəlik xərcləri ilə bağlı ümumi rəqəmlər təqdim edilir: (dunyabulteni) //
 
 
Ölkə  Təhsil qiyməti (Dollar)*  Yerləşdirmə və gündəlik xərcləri (Dollar) Cəmi (Dollar)
ABŞ 23.000 15.000 38.000
Kanada 20.000 14.000 34.000
İsveçrə 7.000 20.000 27.000
Avstraliya 12.000 13.500 25.500
İngiltərə 9.000 15.000 24.000
Danimarka 6.750 15.000 21.750
İsveç 11.000 10.000 21.000
Hollandiya 6.750 12.500 19.250
Hindistan 9.000 7.500 16.500
Fransa 250 14.000 16.250
Misir 10.000 5.000 15.000
İspaniya 1.450 13.000 14.450
İtaliya 800 13.000 13.800
Finlandiya 1.700 12.000 13.700
Yaponiya 4.500 9.000 13.500
Norveç 200 13.000 13.200
Almaniya 550 12.000 12.550
Çin 3.500 9.000 12.500
Belçika 2.100 10.000 12.100
Avstrya 2.000 10.000 12.000
Macarıstan 5.000 7.000 12.000
Argentina 1.500 10.000 11.500
Portuqaliya 1.100 10.000 11.100
Tayvan 3.000 7.500 10.500
Polşa 2.200 8.000 10.200
Çexiya 2.500 7.500 10.000
Malayziya 4.000 6.000 10.000
Litva 1.700 8.000 9.700
Rumıniya 2.500 7.000 9.500
Bolqarıstan 3.500 6.000 9.500
Albaniya 4.500 5.000 9.500
Yunanıstan 2.000 7.000 9.000
Qırğızıstan 5.000 4.000 9.000
Rusiya 3.000 5.000 8.000
Ukrayna  2.500 5.000 7.500
Gürcüstan 2.500 5.000 7.500
Bosniya və Hersoqovina  1.000 5.000 6.000
Qazaxıstan 500 4.000 4.500   

 *Qiymətlər dövlət universitetlərinindir.


 

 

Google+ WhatsApp ok.ru