Xilas olmağın yeganə yolu İslam və Quranın hidayəti yolunda hərəkət etməkdən keçir

Xilas olmağın yeganə yolu İslam və Quranın hidayəti yolunda hərəkət etməkdən keçir

Ali Rəhbər  rəhmət və hidayət peyğəmbəri Həzrət Məhəmməd (s) və Həzrət İmam Sadiqin (ə) mübarək mövlud ildönümü münasibəti ilə ötən gün  hökumət rəsmiləri, XXXII İslam Vəhdət Konfransının iştirakçıları, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanlarla görüşüb. 
 
Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, çıxışının əvvəlində rəhmət peyğəmbəri Həzrət Məhəmməd (s) və Həzrət İmam Sadiqin (ə) mövlud ildönümü münasibəti ilə hər kəsi təbrik edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam peyğəmbəri (s) parlaq bir günəşdir. Allah-taala onu cəhalət və cahiliyyət hiyləgərliyi dövründə bəşəriyyətə bəxş etdi və o həzrət səmavi İslam dini və nurlu Quran kitabı ilə bəşəriyyətin nicatı və xilasına zəmin yaratdı.
 
Ali Rəhbər bildirib ki, bəşəriyyətin İslam peyğəmbərinin (s) rəhməti, hiadəyəti və nuruna daim ehtiyacı var: “İnsanlar bu gün də güclərin mövcudluğu, onların cinayətkar davranışlarından qaynaqlanan zülm, cəhalət, hiylə və ədalətsizlik nəticəsində müxtəlif problemlər və çətinliklərə məruz qalmışdır. Bu əzablardan xilas olmağın yeganə yolu İslamın qiymətli peyğəmbərinin dəvətini qəbul etməkdən, İslam və Quranın hidayəti yolunda hərəkət etməkdən keçir”.
 
Ayətullah Xamenei qeyd edib ki, regionda müqavimət cərəyanı və İslam oyanışı ruhiyyəsinin inkişafı bir nümunə kimi İslam və Quranın hidayəti yolunda hərəkətin nəticəsidir: “Başda böyük şeytan və cinayətkar ABŞ olmaqla dünyanın bütün imperialistlərinin Qərbi Asiyaya qarşı həssas olmasının səbəbi region xalqlarının İslama meyllənmə ruhiyyəsi və İslam oyanışdır”.
 
O, güclərin İslam xalqlarının oyanışından qorxduğunu vurğulayaraq deyib: “İslamın insanların qəlbinə və ruhuna hakim kəsildiyi hər yerdə imperializm sillə zərbəsi almışdır və həqiqətən, inanırıq ki, imperializm bu regionda bir daha İslam oyanışından sillə zərbəsi alacaq”.
 
Ayətullah Xamenei din alimləri və ziyalılara səslənərək deyib: “Bacardığınız qədər regionda İslam oyanışını və müqaviməti gücləndirin. Çünki regionun yeganə xilas yolu bu təfəkkür və ruhiyyənin inkişaf etdirilməsindən keçir”.
 

Google+ WhatsApp ok.ru