XXI əsrin sonlarında bir çox böyük şəhərlərdə havanın temperaturu 6-9 dərəcə yüksələ bilər 06 İyul 2017 01:00 Dünya ÜMT dünyanın bir sıra böyük şəhərlərində yay ayları üçün gələcək hava proqnozunu təqdim edib XXI əsrin sonlarında bir çox böyük şəhərlərdə havanın temperaturu 6-9 dərəcə yüksələ bilər. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) dünyanın bir sıra böyük şəhərlərində yay ayları üçün gələcək hava proqnozlarında deyilir. Proqnoz 2100-cü ilin yay ayları üçün Doha, Bağdad, Barselona, Berlin, Brüssel, Buenos Ayres, Keyptaun, Frankfurt, Hanoy, Havana, Kampala, Madrid, Monreal, Nayrobi, Paris, Sofiya və Tokio şəhərləri üzrə verilib. Araşdırma aparmaq və videonun hazırlanması üçün dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər və sinoptiklər cəlb olunub. Onlar istixana qazlarının emissiyalarının kəskin artımı halında XXI əsrin sonlarında Yer səthində temperaturun orta hesabla 4 dərəcə, bir çox böyük şəhərlərdə isə 6-9 dərəcə Selsi yüksələcəyini müəyyənləşdirib. Məsələn, əsrin sonlarında Paris orta yay temperaturu indi 22,7 dərəcədən 29,2 dərəcə Selsiyə yüksələcək. Yay aylarında ən qızmar istiliyi isə Doha və Bağdadın sakinləri yaşayacaq. (report) / Teqlər : #XXI əsrin sonlarında bir çox böyük şəhərlərdə havanın temperaturu 69 dərəcə yüksələ bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyanın əhalisi azalır Suriya münaqişəsinin nizamlanması üzrə “Astana-5” danışıqlarının nəticələri
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO