Yaponiyanın əhalisi azalır

Yaponiyanın əhalisi azalır

Artıq 8 ildir ki, Yaponiyada əhalinin sayı azalır. 
 
Maide.Az xəbər verir ki, 2017-ci ilin yanvar ayının statsitikasına görə, ötən illə müqayisədə bu ölkədə əhalinin sayı 308 min 84 nəfər azalıb. 
 
Hazırda ölkə əhalisinin sayı 125 milyon 583 min 656 nəfərdir. 
 
1988-ci ildə dünyanın 10 böyük şirkətindən 8-i Yaponiyanın idi. Bu gün Yaponiya şirkətlərinin heç biri ilk 20-liyə daxil deyil.
 
Yaponiya artıq dünyanın ən yaşlı cəmiyyətinə sahibdir. 2050-ci ildə isə əhalisisin 44 faizinin yaşı 60-dan çox olacaq.
 
Yaponiyanın yaşlanan əhalisi və 2014-cü ildə 250 min insan təşkil edən azalan işçi qüvvəsi ölkənin iqtisadi baxımdan inkişafına mane olur, çünki daha çox insan ölkənin pensiya və səhiyyə proqramları sisteminə daxil olurlar.
 
Yaponiyanın borcu isə ümümdaxili məhsulundan ikiqat artıqdır. Brookings İnstitutundan Berri Bosuors deyir ki, gələcəkdə Almaniya, ABŞ və hətta Çin kimi ölkələr bugünkü Yaponiya kimi olacaq. /

Google+ WhatsApp ok.ru