Yəhudi ravvin dünyanı müsəlmanların SOYQIRIMINA səslədi

Maide.az-ın Mondoweiss-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın  Atlanta  şəhərində «Es Xaim» konqreqasiyasından olan yəhudi ravvin Şalom Luis yə moizəsində müsəlmanlara qarşı soyqırım və bütün dünyada islama qarşı  total dünya müharibəsinə başlamağa çağırıb.
 
O, bildirib ki, İslamın kökünü tamamilə kəsmək üçün bu dinin nümayəndələrinə qarşı qarşı Səlib yürüşünün vaxtıdır.
 
Nəşrin bildirdiyinə görə, ravvin 3 il öncə də  bu cür tələblə çıxış etmişdi.
 
Qeyd edək ki, ravvin açıq şəkildə terrorçuları, yaxud radikalları deyil, məhz MÜSƏLMANLARIN KÜTLƏVİ  QƏTLİAMINA çağırır. O, əmindir ki,  bütün müsəlmanlar günahkardır: «Əlbəttə, müsəlmanların çoxu terrorçu deyil, lakin bu, məsələni dəyişmir. Deyilənə görə, müsəlmanların yalnız 5%-i islamın tələblərinə zidd hərəkət edirlər. Allaha şükür ki, bu yalnız 5%-dir. İndi mən rahat yata bilərəm. Amma dayanın, bu ki bizim boğazımızı kəsmək, partlatmaq istəyən 50 milyon cinayətkar deməkdir».
 
«Cenevrə bitib. Xoşumuz gəlib-gəlməməyindən asılı olmayaraq, hamımız artıq cəbhə xəttindəyik. Döyüş meydanı sərhəd tanımır və müharibə qaydalarsız aparılır» - deyə Şalom Ruis bildirib.
 
Yəhudi ravvinin fikrincə İsrail bu gün demokratiyanın önündədir: «Və hamımıza – dəyərlərimizə, prinsiplərimizə, sivilizasiyamıza  görə mübarizə aparır. Qoy Allah İsraili və ABŞ-ı qorusun».
 
FaktXəbər-in verdiyi məlumata görə, öz moizəsində ravvin «müsəlmanların mənimsədiyi» Avropanı  da qorxudur: «Onlar Avropada demokratiyanın qorunmasında maraqlı deyillər. Onlar şəriət və İslam mədəniyyəti arzusundadırlar».
 
«Müsəlmanlar gəlir, müsəlmanlar gəlir», deyən ravvin, moizəsini İslama qarşı total müharibə çağırışı ilə bitirib.

Google+ WhatsApp ok.ru