Yəməni qana bulayanlar həbs edildi

Yəmənin paytaxtı polis şefi çərşənbə günü Sanada baş verən partlayışla əlaqədar olaraq 5 Əl-Qaidə üzvünün həbs olunduğunu elan edib.
 
Maide.az xəbər verir ki, Sana polis şefi həmçinin həbs olunan şəxslərdən birinin hadisə yerində həbs olunduğunu və daha sonra alınan məlumatlarla digər 4 nəfərin də həbs edildiyini bildirib.
 
Həbs olunan bu şəxslərin ölkədən qaçmaq üçün pasport hazırladıqları açıqlanıb.
 
Polis rəisi partlayışda istifadə edilən bomba yüklü maşının avtobus olduğuna diqqət çəkərək, maşına bomba qoyan şəxsin kimliyinin müəyyən edilərək, təqib edildiyini açıqlayıb.
 
Xatırladaq ki, çərşənbə günü Sənada baş verən partlayış polis məntəqəsinin qarşısında həyata keçirilmişdi və 50-dən çox insanın ölməsinə və 60-dan artıq adamın yaralanmasına səbəb olmuşdu.

Google+ WhatsApp ok.ru