Yaalon: DAİŞ pulun çoxunu Türkiyəyə satdığı neftdən qazanır

Sionist rejimin müharibə naziri Moşe Yaalon bəyan edib ki, Türkiyə artıq uzun müddətdir DAİŞ terror təşkilatından neft alır.
 
Maide.az "Röyters"ə istinadən xəbər verir ki, bu barədə Yaalon Yunanıstanda keçirdiyi mətbuat konfransında bildirib: "DAİŞ Türkiyəyə satdığı neftlə böyük miqdarda pul qazanıb. Ümid edirik ki, bu proses dayanıb."
 
O həmçinin əlavə edib: "Türkiyə həmçinin terrorçuların Avropadan Suriyaya keçməsinə icazə verir. Türkiyənin DAİŞ-ə köməklərinin davam etməsi, Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşmasına təsir edə bilər."
 
Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin də açıqlamasında DAİŞ-in Türkiyəyə satdığı neftdən qazancının gündəlik 1.5 milyon dollar olduğunu deyib.

Google+ WhatsApp ok.ru