Yanğına görə qəbul imtahanında iştirak edə bilməyən abituriyentlər üçün yeni tarixi müəyyənləşdirilib 24 İyul 2017 01:00 Elm, Təhsil Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edə bilməyən abituriyentlər üçün qəbul imtahanının keçirilmə tarixi müəyyənləşdirilib. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. / Teqlər : #Yanğına görə qəbul imtahanında iştirak edə bilməyən abituriyentlər üçün yeni tarixi müəyyənləşdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək Ali məktəbələrə II və III qruplar üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı məlum olub